Hafiz Hacıyev niyə əvvəl soyadı, sonra adı deyir?

Hafiz Hacıyev niyə əvvəl soyadı, sonra adı deyir?
  07 Oktyabr 2013    Oxunub:1541
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxışı zamanı rəqiblərinə adətən, birinci soyadı, sonra adı ilə müraciət edir. Məsələn, Həsənli Cəmil, Kərimov Əli, Qəmbərov İsa. Görəsən, Hafiz Hacıyevin bu cür müraciətinin kökündə nə dayanır?

AzVision.az məsələ ilə bağlı Hafiz Hacıyevlə əlaqə saxlayıb :

-Ona görə elə deyirəm ki, onlar hörmətə layiq olmayan adamlardır.Bunu açıq deyirəm. Bu səbəbdən də Qəmbərov İsa, Kərimov Əli, Həsənli Cəmil ifadələrini işlədirəm. Hörmət etmədiyim bütün insanları o cür çağırıram. Kim necə başa düşür, düşsün, özü bilər. Elə məsələlər var ki, onları cəmiyyətə tam çatdırmaq istəmirəm. Cəmil Həsənlinin azərbaycanlı olmadığını çox yaxşı bilirik, əlimizdə faktlar var. Amma istəmirik ki, seçki ərəfəsində bu məsələlərin üzərində dayanaq.

Nihadə


Teqlər:  





Xəbər lenti