Mehriban Əliyeva Fransalı deputatlar ilə görüşdü
Nümayəndə heyətini Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu bildirib.
Birinci xanım, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva may ayında Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini bildirdi.
Mehriban Əliyeva belə görüşlərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulamışdır.
Görüşdə Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule Azərbaycana səfərinin məqsədi barədə məlumat verdi.
O bildirdi ki, nümayəndə heyəti ölkəmizdə prezident seçkilərini müşahidə edəcək.
Fransalı Senator Natali Qule Azərbaycana səfərləri çərçivəsində bir sıra rəsmi görüşlər keçirdiyini də vurğuladı.