ABŞ-dan Azərbaycana seçki çağırışı

ABŞ-dan Azərbaycana seçki çağırışı
  08 Oktyabr 2013    Oxunub:940
ABŞ Azərbaycanı seçkilər zamanı azad, ədalətli və şəffaf prosesinin keçirilməsinə çağırıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin mətbuat katibinin müavini Mari Xarf bazar ertəsi bildirib.

"Birləşmiş Ştatlar bütün insanları Azərbaycanda seçki prosesində dinc iştirak etməyə, seçkilərdən əvvəl, vaxtında və sonra təmkinlik göstərməyə, həmçinin təcavüzün və ya təxribatın qarşısını almağa çağırır ", - Mari Xarf deyib.

Vaşinqton həmçinin Azərbaycan hakimiyyətini vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlığının qorunmasının təmin edilməsinə çağırıb.


Teqlər:  





Xəbər lenti