Bu xərclər üçün büdcədən vəsait ayrılacaq - SİYAHI
Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ilk dəfə olaraq, 2015-cü ilin dövlət büdcəsinin “təhsil xərcləri” bölməsindən xarici ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər lövhəzi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclər üçün 2,5 mln manat vəsait nəzərdə tutulub.
Bundan əlavə, ilk dəfə olaraq, 2014-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsindən uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5,0 mln manat nəzərdə tutulub.
Daha sonra, ilk dəfə olaraq gələn il dövlət büdcəsindən Azərbaycan Respublikasında keçiriləcək I Avropa Olimiadasının təşkili, müvafiq avadanlıqların alınması və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün dövlət büdcəsindən cari xərclərində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
AzVision.az