Flora Kərimova deputat pensiyası tələb edib

Flora Kərimova deputat pensiyası tələb edib
  08 Oktyabr 2013    Oxunub:1895
Xalq artisti Flora Kərimova əmək pensiyasının yenidən hesablanması tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsini məhkəməyə verib.
Hazırda təxminən 140 manat təqaüd alan F.Kərimova ona deputat təqaüdü (təxminən 1500-2000 manat) kəsilməsini istəyir.

2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib. “Həmin məhkəmələr əsas kimi Flora xanımın deputat olmadığını göstərdilər. Halbuki ortada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var” – deyə, F.Kərimovanın vəkili Fuad Ağayev Hüquq.TV-yə bildirib.

İşə oktyabrın 10-da Ali Məhkəmədə baxılacaq. (Hüquq.TV)


Teqlər:  





Xəbər lenti