Sabah 5 milyon 145 min nəfər səs verəcək
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, onlardan 219-u müvəqqəti qurulan məntəqədir.
M.Pənahov qeyd edib ki, namizədlərə pulsuz efir vaxtının verilməsindən və dövlət qəzetlərində pulsuz təbliğatdan ictimaiyyətin namizədlərlə tanış olması üçün çox effektli istifadə olundu.
MSK sədri bildirib ki, seçkilərin beynəlxalq standartlara uyğun olaraq şəffaf keçirilməsi təmin ediləcək: "Hər məntəqəyə təxminən 10 nəfər müşahidəçi düşür. Seçkilərə cəlb olunmuş bütün dövlət qurumlarına yüksək səviyyədə treninqlər keçirilib".(trend)
Teqlər: