Rusiyadan gələn qanunsuz əşyalar ələ keçib
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı Xammədov İsmayıl Abbas oğlunun idarə etdiyi "Mersedes 0303" markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib.
Baxış zamanı ev ləvazimatları kimi bəyan olunan əşyaların arasından 5 ədəd dəyənək və 8 ədəd qandal aşkar olunaraq götürülüb.
Qeyd edək ki, müvafiq icazə olmadan bu əşyaların ölkəyə gətirilməsi qanunla qadağandır.