Pakistan müşahidə missiyası razı qaldı
S.M.Hüseyn rəhbərlik etdiyi müşahidə missiyasının seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırılmasını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüşdə O.Əsədov prezident seçkilərinə hazırlıq barədə qonaqlara məlumat verib. Azərbaycan-Pakistan əlaqələrindən danışan spiker ölkələrimizin həmişə beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini söyləyib.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi İslamabadın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Azərbaycanın və Pakistanın hər zaman dost və qardaş münasibətdə olduğunu xatırladan S.M.Hüseyn bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Teqlər: