Obama üzr istədi
RİA Novostinin məlumatına görə, Obama eyni zamanda, böhranın səbəbkarları kimi respublikaçıları göstərib.
Respublikaçıların üstünlük təşkil etdiyi nümayəndələr palatası Obamanın təşəbbüslərindən biri olan səhiyyə islahatlarının realizəsinin qarşısını almaq üçün büdcəni qəbul etməyiblər. Buna görə də, yeni maliyyə ilinin başlandığı 1 oktyabrdan dövlət orqanlarının maliyyələşdirilməsi dayandırılıb.
"Bilirəm ki, amerikalılar bundan yorulub. Üç aydan bir baş verən bu hadisədən keçmək məcburiyyətində qaldığınıza görə, üzr istəyirəm. Allah şahiddir ki, mən də bundan yorulmuşam" - deyə Obama əlavə edib.
AzVision.az