İKT gəlirləri 10 faizdən çox artıb
Hesabatda deyilir: "İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycan ÜDM-də xüsusui çəkisi 1,8 faiz təşkil edir".
Bu müddət ərzində ölkənin telekommunikasiya sektoru üzrə artım tempi 6,7 faiz, İT sektoru 1,6 dəfə, poçt sektoru isə 8 faiz artıb.
Kollegiya iclasının gedişi zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda "İKT ili" olaraq elan edilən 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilən layihələr barədə danışıb.
Teqlər: