“Alibaba” ABŞ internet şirkətinə 100 milyon dollar investisiya yatırıb

“Alibaba” ABŞ internet şirkətinə 100 milyon dollar investisiya yatırıb
  13 Oktyabr 2013    Oxunub:1372
Çinin nəhəng “Alibaba Group” internet holdinqi “Amazon.com” şirkətinin rəqibinə investisiya yatırır. Belə ki, bu gün məlum olub ki, şirkət “ShopRunner” internet şirkətinə 206 milyon dollar sərmayə yatırılması üzrə investisiya raunduna başçılıq etməyə başlayıb.
Azvsison.az “IT Expert”ə istinadən xəbər verir ki, “Alibaba” şirkəti üçün bu həcmli sərmayə Çindən kənarda yatırılan ən iri investisiyadır. İnvestorlar bildiriblər ki, şirkət Honkonq birjası ilə razılığa gələ bilmədikdən sonra ABŞ-da keçiriləcək hərraclara hazırlaşır və ABŞ internet şirkətinə miqyaslı investisiyalar qarşıdakı hərraclara investisiya hazırlığıdır.

“ShopRunner” şirkətinə “Alibaba” ilə yanaşı, “American Express”, “Toys R Us” və “RadioShack” pərakəndə satış şirkətlərinin (“ShopRunner” onlarla logistika və malların çatdırılması sahəsində əməkdaşlıq edir) vəsait qoyması da məlumdur.

Bundan başqa o da məlum olub ki, sövdələşmə çərçivəsində “eBay” internet şirkəti əvvəllər “ShopRunner”də ona məxsus olan 30 faizlik payı sataraq bu aktiv üzrə qazanc əldə edib. Keçirilən investisiya raundu çərçivəsində “ShopRunner” şirkətinin dəyəri təxminən 600 milyon dollar qiymətləndirilib, halbuki əvvəlki investisiya raundu zamanı şirkət cəmi 70 milyon dollar dəyərində qiymətləndirilib.


Teqlər:





Xəbər lenti