İran-Azərbaycan iqtisadi əlaqələri güclənir

İran-Azərbaycan iqtisadi əlaqələri güclənir
  13 Oktyabr 2013    Oxunub:1491
6 ay ərzində İran Azərbaycana 270 milyon dolları keçib. Bu gün İran qonşularla münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərmək qərarına gəlib.
Azvsison.az Tasnim və Mehr agentliyinə istinadən xəbər verir ki, Tehrab 6 ay ərzində Azərbaycana 270 milyon dollara yaxın neft məhsulu göndərib. Bu barədə İİR-in Bakıdakı səfirliyindən məlumat veriblər.
Səfirliyin iqtisadi məsələlər üzrə müçaviri Seyid Fərəc Şahidi bildirib ki, İran altı ay ərzində əsasən sement, təmiz şüşə, keramik plitələr, dəmir filizi, kənd təsərrüfatı məhsulları və digər mallar eksport edib.

Bu aylar ərzində İranın Azərbaycandan importu 11 milyon dollarlıq mal təşkil edir.

Eləcədə İran qonşularla münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək. Bu barədə Tehranın ticarət palatasının sədri Yəhya əl Eşad bazar günü bildirib.

Bundan öncə iqtisadi nümayəndə heyətləri Ermənistana və İraqa göndərilib, indi isə bu nümayəndə heyətləri Azərbaycan, Gürcüstan və Əfqanıstana göndəriləcək, Tehranın ticarət palatasının sədri bildirib.

Eşadın sözlərinə görə, Tehranın ticarət palatası Fars körfəzi dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi siyasətini həyata keçirir və əlavə edib ki, bir sıra nümayəndə heyətləri BƏƏ, İraq, Bəhreyn, Oman və Qətərə göndərilib.

Azərbaycanla 6- ayda ticarət dövriyyəsinin artımına gəldikdə isə, bundan hər iki tərəfin məmnunluğuna baxmayaraq son illəri götürsək bu iki ölkə arasında əmtəə dövriyyəsi azalıb. Əyər 2007-ci ildə ölkələrarası əmtəə dövriyyəsi 540 milyon dollar təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 305 milyon dollar olub.


Teqlər:





Xəbər lenti