Elman Malıyevın müraciətinə Elmira Axudovanın CAVABI
"Mən Əfv Komissiyasına bu günlərdə əfv olunmam üçün müraciət etmişəm. Amma həmkarlarımdan da rica edirəm bu məsələdə mənə dəstək olsunlar. Bizim həmkarımız sayılan, hazırda millət vəkili olan Elmira Axundova bir dəfə Əfv Komissiyasına mənim üçün müraciət edib.
Həmkarlarımdan da mənə bu istiqamətdə dəstək olmalarını rica edirəm. Onlardan da xahiş edirəm ki, Komissiyaya müraciət etsinlər. Allah heç birinin yolunu bura salmasın. Bu həyatdır. Mənim də günahım olub. Amma günahsız qul yoxdur deyirlər. Böyük Allah da günahı olan qullarını bağışlayır. İnanıram ki, məni də bağışlayarlar. Həmkarlarıma, söyləyin ki, onların dəstəyinə böyük ehtiyacım var”.
AzVision.az məsələ ilə bağlı, Milli Məcslisin deputatı, Əfv Komissiyasının üzvi Elmira Axundovayla əlaqə saxlayıb. Lakin, millət vəkili məsələ ilə bağlı danışmaq istəməyib: “Bu haqda heçnə bilmirəm. Ona görə də heçnə deyə bilmərəm”-deyə, E.Axundova cavab verib.
Qeyd edək ki, Elman Manıyev 2010-cu ilin iyun ayının 6-da Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sevinc İltifatqızı