Qaxa ayrılan qrantın müqaviləsi imzalanır
Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, layihə üzrə qrant müqaviləsini Yaponiya tərəfindən səfir Şusuke Vatanabe, Azərbaycan tərəfindən isə "Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi"nin icraçı direktoru Yasin Dadaşov imzalayacaqlar.
Layihənin əsas məramı Qax rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədi ilə rayondan kənarda yanma kameralarını inşa etməkdir. Layihədən faydalanacaq şəxslərin sayı 18 675 nəfərdir.
Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 116,185 ABŞ dolları təşkil edir.
Bu layihə daxil olmaqla Qaxda 5 layihə üzrə müqavilə imzalanıb (bax ş.1).
Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardımın ümumi məbləği iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə artıq 1 milyard ABŞ dollarını keçib.