Keçmiş müavini Əli Kərimlini ifşa edəcək
Bu barədə Asəf Quliyev AzVision.az-a açıqlamasında bildirib. İstefa səbəbini sirr saxlayan A.Quliyev hələlik bu barədə danışmaq istəmədiyini deyib:
“Hələlik bu barədə danışmaq istəmirəm. Yaxın günlərdə mətbuata istefamın əsl səbəbini açıqlayacam”- deyə bildirən A.Quliyev bundan sonra siyasi fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə danışmaqdan imtina edib.
Qeyd edək ki, Asəf Quliyevin gözlənilməz istefası AXCP-də çaşqınlıq yaradıb. Əli Kərimli paxırlarının keçmiş müavini tərəfindən açılacağından ehtiyat edir. Ə.Kərimlinin hətta Asəf Quliyevlə görüşündə ona xəbərdarlıq etdiyini, artıq-əskik danışmamağı tapşırdığı bildirilir.
A.Quliyevdə Əli Kərimli və onun partiyası ilə bağlı gizli məlumatların olduğu sirr deyil.
Rüstəm İsmayılov