Müsavat Əli Kərimlinin müavininə qarşı

Müsavat Əli Kərimlinin müavininə qarşı
  22 Oktyabr 2013    Oxunub:1259
“İctimai Palata Parlament seçkilərinə etiraz olaraq yaradılmış qurumdur. Onun buraxılmasına heç bir əsas görmürəm”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı İctimai Palatanın buraxılması ilə bağlı səslənən təklifdən danışarkən deyib.
O vurğulayıb ki, Milli Şurada olmayan bəzi kəsimlər var ki, onlar bu qurumda bir araya gəlib:
“İctimai Palata çərçivəsində çox işlər görülüb. Ona görə də heç bir səbəb olmadan onun buraxılmasında fayda görmürəm. İctimai Palatanın varlığı bugünkü siyasi prosesə əngəl törətmir. Əngəl törətsəyi onda İctimai Palatanı buraxıb yalnız Milli Şura ilə davam etmək olardı”.
İctiami Paltanın aktivliyinə gəlincə isə T. Abbaslı bildirib ki, bugünkü siyasi proseslərə görə Milli Şura öndədir: “Hazırda Milli Şura aktivdir. Bilmək olmaz, bəlkə 2 gün sonra İctimai Palata kimi quruma daha çox ehtiyac oldu?”

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıqlamasında İctimai Palatanın fəaliyyətində aktivlik hiss olunmadığını bildirərək bu qurumun buraxılmasınn vacib olduğu bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti