İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ticarət Sərgisi keçiriləcək
Beynəlxalq sərgi İranın Sənaye, Mədən və Ticarət Nazirliyi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və "Iran International Exhibitions Co" şirkəti tərəfindən təşkil olunur.
Sərgidə iştirak üçün Azərbaycan Respublikasına 21 kvadratmetr ödənişsiz yer ayrılıb. Digər əlavə təchiz edilmiş hər kvadratmetr yer üçün 190 ABŞ dolları, təchiz edilməmiş yer üçün isə 175 dollar müəyyən edilib.
Tədbir təşkilatçıları Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarları və işgüzar dairələri Tehran şəhərində keçiriləcək beynəlxalq sərgidə iştiraka dəvət edirlər.
14-cü Ticarət Sərgisində iştirakda maraqlı olan ölkə sahibkarları və işgüzar dairələr ətraflı məlumatları aşağıda qeyd edilmiş əlaqə koordinatlarından əldə edə bilərlər:
"Iran International Exhibitions Co" şirkəti, ünvan: Tehran Beynəlxalq Sərgi Meydanı, Şahid Çamran şosesi, 19395
Telefon: +982122662698; Faks: +982122662699
E-mail: [email protected]
İnternet səhifəsi: www.iranfair.com
Teqlər: