Neft quyusu istismara verildi
İstehsalın səmərəliliyinin yüksəldilməsi məqsədi ilə yatağın işlənilməsini həyata keçirən “Neft daşları” neft-qaz çıxarma idarəsində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, “Neft daşları” yatağındakı 2346 nömrəli meydançadan 2565 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Quyu IX horizontdan, 1909-1904 metr intervaldan sutkada 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Teqlər: