Sərdar Cəlaloğlu AXCP və Müsavatın “status”unu tanımadı

Sərdar Cəlaloğlu AXCP və Müsavatın “status”unu tanımadı
  04 Noyabr 2013    Oxunub:1258
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP-Müsavatın özlərini ana müxalifət adlandırmasına etiraz edib.
AzVision.az-a açıqlamasında partiya sədri Azərbaycanda ana müxalifət anlayışının olmadığını deyib.

“Ana müxalifət anlayışı bizə Türkiyədən gəlib. Türkiyədə parlamentdə çoxluq təşkil edən müxalifət partiyası ana müxalifət adlanır. Əgər bu prinsiplə yanaşsaq AXCP-Müsavatı ana müxalifət hesab etmək olmaz.

Ola bilər ki, özlərini böyük aparsınlar, amma ana müxalifət anlayışında yanılırlar. Bunun üçün gərək parlamentdə ən çox səsə malik müxalifət partiyası olsunlar”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti