Dünyanın ən bahalı brendləri - FOTOLAR
“Microsoft” şirkətinin marka dəyərini isə mütəxəssislər iki dəfə az, təxminən 57 milyard dollar hesablayıb.
3-cü yerdə isə “Coca-Cola” şirkəti dayanır, hansı ki, onun da dəyəri 55 milyard dollardır.
“Apple” və “Microsoft” ilə yanaşı yüksək texnologiyalar sahəsində daha 4 şirkət ilk onluğa daxil olub. Xüsusilə də 4-cü yerdə IBM şirkəti gəlir ki, onun marka dəyəri 51 milyard dollarla qiymətləndirilir.
5-ci yeri isə “Google” 47 milyard dollarla tutur.
8-ci yerdə “Intel” (31 milyard dollar), 9-cu yerdə isə “Samsung” şirkətidir (30 milyard dollar).
Onluğa həmçinin “Fast-food” restoranlar şəbəsindən “McDonalds” (6-cı yer, 40 milyard dollar),
çoxsahəli “General Electronic” (7-ci yer, 43 milyard dollar)
və moda evi “Louis Vuitton” (10-cu yer, 28 milyard) daxildir.
Səbinə Həsənova
AzVision.az