Gömrük tarifləri qalxmayacaq

Gömrük tarifləri qalxmayacaq
  10 Noyabr 2013    Oxunub:1761
Azərbaycanda gömrük tariflərinin artırılmasından imtinanın səbəbləri açıqlandı.
Azərbaycan 2014-cü ildə gömrük tariflərini artırmaq niyyətində deyil. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2014-cü il dövlət büdcəsində gömrük orqanlarının xətti ilə daxilolmaların artırılması mənbələri haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, daxilolmaların artımına ölkəyə idxalın gözlənilən artımı, sərhədyanı ərazilərdə ticarətin daha mədəni formada aparılması və onun gömrük bəyannaməsinə cəlb edilməsi rəvac verir.

A.Əliyev qeyd edib ki, DGK son 10 ay ərzində dövlət büdcəsinə illik 1,38 milyard manat proqnozla 1,134 milyard manat köçürüb. Gələn il üçün daxilolmalar üzrə proqnoz 1,51 milyard manat səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda gömrük tarifləri 1995-ci ildə qəbul edilmiş qanun əsasında tənzimlənir.


Teqlər:





Xəbər lenti