Nazirlər zədələnib

Nazirlər zədələnib
  07 Mart 2013    Oxunub:1466
Gürcüstanda bir neçə nazir hökumətin iclasına müxtəlif bədən xəsarətləri ilə gəlib
Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze iclasa qoltuq ağacı ilə gəlib. O, futbol oynayarkən ayağı zədələnib. Məşhur gürcü futbolçusu, Gürcüstanın energetika naziri Kaxa Kaladze isə iclasa axsaya-axsaya təşrif buyurub. Diaspor məsələləri üzrə dövlət naziri Konstantin Surquladze sol əlindən xəsarət alıb. O, Bakuriani kurortunda xizək sürərkən ayağı sürüşüb. Qaçqınlar və köçkün məsələləri üzrə nazir David Daraxvelidze gözü göyərmiş halda hökumətin iclasına gəlib. Məlumata görə, o, gözünü müalicə etdirir.

Xəsarətlərlə hökumətin iclasına gələn nazirlər jurnalistlər qarşısında gülüşlərini dayandıra bilməyiblər. Jurnalistlər isə bu günü “Qara Gün” adlandırıblar.

Qeyd edək ki, Gürcüstanın Nazirlər Kabinetinin 19 üzvü var.


Teqlər:  





Xəbər lenti