“Şahdəniz” Avropa qaz tələbatının 11 faizini ödəyəcək
Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan qaz ixracatını yenidən nəzərdən keçirməlidir: “Avropa Birliyinin daxili qaz istehsalı azalır. Bununla əlaqədar bazara qaz istehsal edən yeni şirkətlər gəlir. 2020-ci ildə iqlim dəyişikliklərinin qarşısını almaq üçün Avropa Birliyi ölkələri üçün daha çox qaz tələb olunur”.
E. Novak deyib ki, AB ölkələri 2050-ci ilə qədər bərpa olunan enerjinin həcmini 55%-ə çatdıracaq.
“Bu gün Xəzər regionunda Azərbaycan, Türkmənistan və Qazaxıstanın birgə qaz ehtiyatları 3,5 trln. kubmetrdir. Bu da dünya üzrə qaz resurslarının 15%-ni təşkil edir. Avropa əlavə qaz resurslarını axtarmaq üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan “Şahdəniz” qaz konsorsiumu vasitəsilə Avropanın qaz tələbatının 11%-ni ödəyə biləcək. Bu səbəbdən də bütün dünyanın gözü Azərbaycandadır”, - deyə E. Novak qeyd edib.