İran Naxçıvanla sərhədi açdı
Diplomatın sözlərinə görə hazırda İrana yolana vətəndaşlar üçün heç bir problem yoxdur, həm Culfa həm də Biləsuvar keçid məntəqələri açıqdır, sərnişin avtomobilləri və yük maşınları üçün keçid imkanı yaranıb.
Səfirin sözlərinə görə, İran tərəfindən gömrük işçilərinin sayı artırılmaqla yanaşı, sərhədi keçmə müddəti də uzadılıb ki, tıxac yaranmasın.
Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.
Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
Bir neçə gündən sonra bağlanan sərhəd-keçid məntəqələrdə piyadalar üçün qoyulan məhdudiyyət aradan qaldırılsa da, avtomobillər sərhəddən buraxılmırdı.
Biləsuvar sərhəd-keçid məntəqəsi isə dünən günortadan sonra açılıb.(apa)
AzVision.az