Deputat 5 qəpiyin ləğv edilməsini istəyir
Millət vəkili 3 manatlıq əskinasların buraxılmasında israrlıdır:
“Dəfələrlə mağazalarda, marketlərdə, taksi sürücülərində görmüşəm ki, 5 manatlıq xırdalanmır. Dəqiqələrlə manat axtarılır. Birdən beşə qədər nominal pul dövriyyəsində çeviklik yoxdur, əksinə passivlik var. Elman Rüstəmov mənə başa saldı ki, dünya nominal sistemində 6 nominal qəbul edilib. Mən burada nə bir xeyir, nə də ki ziyan görümürəm. Millət vəkili olaraq, belə bir təkliflə Milli Məclisdə çıxış etdim”.
Millət vəkili həmçinin əlavə edib ki, bu gün cəmiyyətdə 5 qəpiyin heç bir rolu yoxdur.
“Cəmiyyətdə 5 qəpikliyin heç bir rolu yoxdur. Sovet dövründə bir –iki qəpiyi heç yerdən də əyilib götürmürdülər. Amma sovet hökumətində bu pula dəyər artırmaq üçün, qazlı su avtomatlarında bir stəkan su bir qəpiyə, telefonda danışmaq isə iki qəpik müəyyənləşdirmişdir. Bu gün görün, Azərbaycanda 5 qəpiyin hörməti qalıbmı? 5 qəpikliyi buraxmaq nəyə lazım? 5 qəpikliyin kəsilməsinə ən azı 40-50 qəpik sərf olunur. Öz dəyərindən çox pul xərcləyirik”-deyə Y. Abramov qeyd edib.
Nihadə Eyyubova