Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil olur

Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil olur
  18 Noyabr 2013    Oxunub:1283
Avropa Kommisiyası Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil olmasını dəstəkləyir.
AzVision.az xəbər verir ki, Rumıniyanın “Agerpres” xəbər agentliyinin məlumatına əsasən, Avropa Kommisiyasının sədri Xose Manuel Barrozu rumın və moldovan baş nazirləri Viktor Ponta və İurie Leanka ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Kommisiyası Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil olmaq istəyini dəstəkləyir.

Sədr vurğulayıb ki, bu məsələ Avropa qurumlarından deyil ayrı-ayrı dövlətlərin mövqeyindən asılıdır. X.M. Barrozu Rumıniya və Bolqarıstanın bütün texniki şərtləri yerinə yetirdiklərini və Avropa Kommisiyasının bu iki dövləti dəstəklədiyini deyib. Avropa Kommisiyasının sədri iki dövlətin tezliklə Şenqen zonasına daxil olmasına ümid etdiyini bildirib.

Rumıniyanın baş naziri Viktor Ponta öz növbəsində Rumıniyanın Şenqen zonasına daxil olmaq üçün bütün tələbləri və şərtləri yerinə yetirəcəyini vurğulayıb.


Teqlər:





Xəbər lenti