Azərbaycanlı həkim Türkiyədə qadınları satırmış
Konya polisi tərəfindən ötən gün keçirilən geniş miqyaslı əməliyyat nəticəsində insan alveri və cinsi istismara məruz qoymaqda ittiham olunan 32 nəfər həbs edilib. 9-u qadın olmaqla 32 nəfərdən ibarət qruplaşmanın kişi lideri Vəli.S və qadın lideri, azərbaycanlı T.S-nin cinsi istismara məruz qoyduğu qadınlar arasında Gürcüstan və Azərbaycan əsilli və ixtisasca ginekoloq, ibtidai sinif müəllimi və vəkillərin olması diqqət çəkib.
6 aydır polis tərəfindən izlənilən şəbəkənin müştərilərinin tələblərinə uyğun işlədikləri, qadınları bir gecəsi 220 manat müqabilində satdıqları məlum olub. Qadınları satarkən sarışınları “limon”, qaraşınları isə “şabalıd” şifrələri ilə müəyyənləşdirən, taksi vasitəsilə qızları müştərilərin olduğu məkana göndərən şəbəkənin adı 200-dən çox cinayət faktında hallanır.
Konya polisi şəbəkə lideri Vəli S-nin həyat yoldaşı, azərbaycanlı uşaq həkimi T.S ilə gürcü sevgilisi S.G-nin tez-tez xarici səfərlər etdiyi, maddi durumu acınacaqlı olan, gözəl qadınları iş vədi ilə Türkiyəyə gətirdiyini açıqlayıb. Türk mətbuatı T.S-nın qadın alverindən əldə etdiyi pullar hesabına Azərbaycanda çoxlu sayda mülk əldə etdiyini yazıb.