Bakıda yeni növ mağazalar yaradılacaq

Bakıda yeni növ mağazalar yaradılacaq
  20 Noyabr 2013    Oxunub:2138
Azərbaycanda "duty free"nin yaradılması və işinin tənzimlənməsi qaydaları müəyyən edilib.
Nazirlər Kabineti gömrüksüz ticarət mağazalarının ("duty free") yaradılması və fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib.

AzVision.az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Qaydalara əsasən, belə mağazaların yaradılmasına icazəni Dövlət Gömrük Komitəsi verir. İcazə almaq üçün müraciət 30 gün ərzində nəzərdən keçirilir. Sənədlərdə əksikliklər aşkar edildiyi təqdirdə, müddət daha 15 gün uzadılır. İcazə 5 il müddətinə verilir.

Qaydalar, həmçinin mağazaların işinə qarşı tələbləri müəyyənləşdirir. Gömrüksüz mağazalar ticarəti beynəlxalq aeroportlarda, beynəlxalq dəniz limanlarında, sərhəd-keçid məntəqələrindəki gömrük nəzarət zonalarında yaradıla bilər.


Teqlər:  





Xəbər lenti