Ermənistandan Azərbaycana gəlir
O, bu səfəri səbirsizliklə gözlədiyini deyib: “Mən artıq həmkarım - Azərbaycanın müdafiə naziri ilə Brüsseldə NATO-nun iclasında iştirak edərkən tanış olmuşam. Bir sıra məsələlər barədə ətraflı söhbət etdik. Ümidvaram ki, bizim tarixi strateji əməkdaşlığımız və qardaşlığımız daha da irəli gedəcək. Mən çox şadam ki, Azərbaycana səfər edəcəm. Mən çox sevinirəm, səfər zamanı Bakıda olmaq imkanı əldə edəcəyəm. Mən Azərbaycan xalqını, Bakını və Azərbaycanı sevirəm”.
Gürcüstanın müdafiə naziri Azərbaycanla hərbi əməkdaşlıq çərçivəsində hərbi təlimlərin planlaşdırıldığını və təcrübə mübadiləsi aparacaqlarını bildirib: “Bizim bu il üçün birgə hərəkət planımız var. Fikir mübadiləsi aparmağı, eyni zamanda Əfqanıstanda qazandığımız beynəlxalq təcrübəni paylaşmağı planlaşdırırıq. Həm Azərbaycan, həm də Gürcüstan bu sahədə maraqlıdır. Bizim Baş Qərargahlarımız təlimlər planlaşdırır və beynəlxalq əməliyyatlarda qazandığımız təcrübələri bölüşmək istəyirik. Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri başa düşür ki, regionda təhlükəsizliyi təmin etmək yalnız birgə əməkdaşlıq nəticəsində mümkün ola bilər”.
İ. Alasaniya Ermənistanın Xocalı aeroportunu işə salmaq planları və Qarabağ münaqişəsinin həlli ilə bağlı Gürcüstanın mövqeyini belə açıqlayıb: “Biz dəfələrlə qeyd etmişik ki, Gürcüstan Cənubi Qafqazda bütün münaqişələrin və problemli məsələlərin, o cümlədən Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Ümidvaram ki, belə də olacaq. Gürcüstanın istər Azərbaycanla, istərsə də Ermənistanla normal münasibətləri var. Buna görə biz maraqlıyıq ki, hər bir məsələ, o cümlədən aeroport məsələsi danışıqlar prosesinin gedişində, sülh yolu ilə həll edilsin. Bizə yalnız hər iki ölkə ilə yaxşı dost və tərəfdaş kimi hərəkət etmək qalır”.