Ermənilər “türk” üstündə dalaşdılar

Ermənilər “türk” üstündə dalaşdılar
  09 Mart 2013    Oxunub:1541
”Türk özünüzsünüz! Görüm dilinizə çiban çıxsın!”
“İrs” partiyasının lideri Raffi Ovanisyanın Ermənistanın Martuni rayonunda keçirilən mitinqdə çıxışı zamanı dava düşüb.
Partiyanın sədr müavini Ruben Akopyanın ”yerli türklər Ermənistan xalqını idarə edir” sözləri mintinqə gələn erməniləri qəzəbləndirib. Onlardan biri kütlənin arasından çıxaraq Raffi Ovanisyan və Akopyana hücum edib:

”Türk özünüzsünüz! Görüm dilinizə çiban çıxsın! Sovet dövründə Ermənistanda bir nəfər də azərbaycanlı yox idi... Gedin öz aranızda türk axtarın!

Kütlənin reaksiyası ani olub: həmin şəxslə razı olmayanlarla onun tərəfini saxlayanlar əlbəyaxa olublar. Raffi Ovanisyan tribunadan enərək onları sakitləşdirməli olub. O, mitinq iştirakçılarını təxribatlara uymamağa çağırıb.

“Bizim mitinqlərə xüsusi təxribatçılar göndərilir. Onlara aldanmayın! Onlara öz çirkin əməllərini həyata keçirməyə imkan verməyəcəyik!”-deyə Ovanisyan bəyan edib.

Ovanisyana hücum edən şəxsi isə polis həbs edib. Ovanisyan həmin şəxsin “Qarabağ müharibəsi veteranı olduğuna görə, türk sözü onu yandırıb”deyib. Bəzi şəhər sakinləri isə onun mitinqə Sərkisyanın Respublika Partiyasının Martuni rayon təmsilçisi, deputat Akop Akopyan tərəfindən qəsdən göndərildiyini bildiriblər.

Qeyd edək ki, Sevan meri Qevork Malxasyan da Raffi Ovanisyanın bütün erməniləri türk adladırdığını bildirmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti