Ermənistan prezidentliyinə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovannisyan aclıq aksiyasına başladığını elan edib.
“Serj Sərkisyan aprelin 9-na (Sərkisyanın İnaqurasiya günü) qədər istefa verməlidir.” Bu sözləri Raffi Ovanisyan deyib. “Sərkisyan yalnız mən öləndən sonra Konstitusiyaya və İncilə and içə bilər. Ölərəm amma buna imkan vermərəm. Bütün ermənilərin Katolikosu II Qaregin yalnız mənim meyidimi tapdalayandan sonra ona öz xeyir-duasını verə bilər"-deyə Ovanisyan mitinqdə tərəfdarları qarşısında çıxışında bildirib.