“Çaves mömin bir insan idi”
Paytaxtın hava limanında keçirilən mətbuat konfransında Əhmədinejad mərhum prezident Çavezi dindar bir insan adlandırıb.
“O, uğur qazanmış hərəkatı ərsəyə gətirən mömin bir insan idi. Yalnız onun səylərinin sayəsində bu gün bütün Latın Amerikasında azad və ədalətli seçkilər keçirilir və Çavez tərəfdarları qalib gəlir”.-deyə o bildirib.
Qeyd edək ki, Venesuela prezidenti Uqo Çavez 2 il xərçənglə mübarizədən sonra 58 yaşında vəfat edib. O, oktyabrda təkrar müddətə prezident seçilsə də, and içə bilməyib.
Bu arada Venesuelanın Milli Seçki Şurası növbədənkənar prezident seçkilərinin 14 aprel tarixində keçiriləcəyini elan edib.
AzVision.az
Teqlər: