Arif Hacılıdan İbrahimbəyovun “dostlarına” eyham

Arif Hacılıdan İbrahimbəyovun “dostlarına” eyham
  05 Dekabr 2013    Oxunub:1029
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuranın sonuncu iclasındakı çıxışından sonra ona irad tutan İbrahimbəyov tərəfdarlarının cavabını verib.

AzVision.az-ın məlumatına görə, A.Hacılı ona qarşı olan Milli Şura üzvlərini debata çağırıb:

“Mövqeyimizlə razılaşmayanlar da var. Məncə onların içərisində nə deməyimizdən asılı olmayaraq həmişə bizə qarşı mövqe tutmaqda "peşəkarlaşmışlar" daha çoxdur.

Plüralizm, azad diskussiya tərəfdarısınızsa, əks arqumentləriniz varsa fikir mübadiləsi aparaq, müzakirə edək.

"Kiminsə dostu başqa birinin dostudur"," qoymarıq dağıtdılar","biz sevirik,onlar yox " Həqiqət neçə kilodur" və s. kimi fikirlər əllaməçilikdir.

Sözə qarşı sözü olmayanların söz yiyəsinə hədyan qoşmasından, əziyyət çəkənlərin də eyni üsuldan istifadə etməsi çox üzücüdü”.

Qeyd edək ki, Arif Hacılının bu fikirlərinin İbrahimbəyov tərəfdarlarına eyham vurduğu bildirilir.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti