İbrahimbəyovdan İsa Qəmbərə gözlənilməz zərbə

İbrahimbəyovdan  İsa Qəmbərə gözlənilməz zərbə
  05 Dekabr 2013    Oxunub:1075
“Bu, onun öz fikridir, öz işləridir. Getmək istəyirlər, getsinlər. Mən buna qarışmıram. Bu onların qərarlarıdır”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Rüstəm İbrahimbəyov Müsavat partiyasının Milli Şuradan çıxması haqda fikirlərə münasibət bildirərkən deyib.

Onun fikrincə, Müsavatın Milli Şuradan çıxması qurumun fəaliyyətinə heç bir təsir etməyəcək.

“Biz Milli Şuranı yaradanda heç kəsi məcbur etməmişdik ki, bizə qoşulsunlar. 20 il müddətində birinci dəfə demokratik qüvvələri bir araya gətirmişik. Bu, böyük tarixi hadisə idi. Milli Şura öz tarixi vəzifəsini yerinə yetirib. Kimsə çıxmaq istəyir, kimsə qalmaq istəyir, bütün bunlar təbii şeylərdir. Müsavat Partiyasının Milli Şuradan ayrılması qurumun fəaliyyətinə heç bir təsir etməyəcək


Teqlər:  





Xəbər lenti