AİB-in Azərbaycan portfeli 1,2 milyard dollara çatdı

AİB-in Azərbaycan portfeli 1,2 milyard dollara çatdı
  17 Dekabr 2013    Oxunub:1088
Asiya İnkişaf Bankının Azərbaycanda layihələr üzrə kredit portfeli 1,2 milyard dollara çatıb.
Hazırda Asiya İnkişaf Bankının (AİB) 2014-2016-cı illərdə Azərbaycanda fəaliyyəti üzrə biznes plan hazırlanır.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Norojono bildirib.

O.Norojono deyib ki, bu biznes plan çərçivəsində maliyyələşdiriləcək layihələri hökumətlə razılaşdırmışıq. 2014-cü ilin yanvarında biznes plan bankın Direktorlar Şurasına təqdim olunacaq. Bu il AİB Azərbaycanda mikro, kiçik və orta müəssisələrə maliyyə dəstəyi göstərmək üçün “Accessbank”a 50 milyon dollar məbləğində kredit ayırıb. Bundan başqa, bank su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 150 milyon dollar məbləğində üçüncü tranşın ayrılmasını təsdiqlənib. Bu tranş üzrə vəsaitlər Ağcabədi və Naxçıvan şəhərlərində su təchizatının yaxşılaşdırılmasına sərf olunacaq.

Son üç ildə AİB-in Azərbaycan üzrə kredit portfelini əhəmiyyətli dərəcədə artırdığını bildirən O.Norojono qeyd edib ki, əgər 2010-cu ildə bankın Azərbaycanda layihələr üzrə aktiv portfeli 500 milyon dollar təşkil edirdisə, cari ildə bu göstərici 1,2 milyard dollara çatıb. Bələdiyyə infrastrukturunun formalaşması, nəqliyyat, xidmət və energetika sahələri bankın Azərbaycan üzrə strategiyasının prioritetləridir. Bundan başqa, yeni strategiya çərçivəsində AİB Azərbaycanda özəl sektorun, xüsusilə də yerli bankların kreditləşməsi və ticarətin inkişafı üzrə proqramların maliyyələşdirilməsini davam etdirəcək.


Teqlər:





Xəbər lenti