7 ölkə ilə ikiqat vergitutma götürülür

7 ölkə ilə ikiqat vergitutma götürülür
  19 Dekabr 2013    Oxunub:1442
Azərbaycan Avropanın 7 ölkəsi ilə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında saziş imzalayacaq.
Azərbaycan Avropanın 7 ölkəsi ilə ikiqat vergi tutmanın aradan qaldırılmasını nəzərdə tutan saziş imzalayacaq. AzVision.az xəbər verir ki, bu barədə çərşənbə günü Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Mətin Kərimlinin "Vergilər" qəzetində dərc edilən müsahibəsində deyilir.

Onun sözlərinə görə, son illər Azərbaycanın ikiqat vergi tutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib:
"Ölkəmiz tərəfindən imzalanmış 45 bu cür sazişdən 41-i artıq qüvvədədir. Qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə sistemli iş aparılır".

M.Kərimli bildirib: "Avropa İttifaqı ölkələrinə gəldikdə, deyə bilərəm ki, quruma üzv 28 dövlətdən 20-si ilə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında müvafiq sazişlər imzalanaraq qüvvəyə minib. İspaniya və Danimarka ilə danışıqlar artıq başa çatıb, İsveç, Portuqaliya, Malta, İrlandiya və Slovakiya ilə müzakirələri davam etdiririk və yəqin ki, yaxın zamanda bu müzakirələr uğurla başa çatdırılacaq".


Teqlər:  





Xəbər lenti