Qəbulda vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, güzəştli kredit resurslarına çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə kredit ittifaqlarının yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılbı, onların təklifləri dinlənilib, çörək istehsalı, heyvandarlıq, arıçılıq, balıqçılıq, meyvəçilik sahələrinin inkişafı, istixanaların yaradılması, mebel istehsalının təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü digər rayonlardan da müraciət edən vətəndaşlar nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ümumiyyətlə, Tərtərdə keçirilmiş qəbulda 50-dən çox vətəndaş iştirak edib.
Tərtərdə keçirilmiş vətəndaş qəbulu iqtisadiyyat və sənaye nazirinin sayca 15-ci qəbuludur. Qeyd edək ki, vətəndaşların bölgələrdə keçirilən qəbulu barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılır. Qəbullarla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilir və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilir. Bundan başqa, nazirliyin saytında və "facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə də vətəndaşların qəbula dair müraciətləri qeydiyyata alınır və onların iqtisadiyyat və sənaye naziri tərəfindən qəbulu təşkil edilir.
Tərtərdə dekabrın 21-də keçirilmiş qəbulda olan vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.