`Azerspace-1` 10 milyon dollar pul qazanıb

`Azerspace-1` 10 milyon dollar pul qazanıb
  24 Dekabr 2013    Oxunub:1260
“Azerspace-1”in istismarından 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.
Azərbaycanın ilk süni peyki “Azerspace-1”in istismarından əldə olunan gəlirlər artmaqda davam edir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirmişdir ki, təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.

“Azerspace-1” peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.


Teqlər:





Xəbər lenti