XİN Misirdəki terroru pislədi
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misirin Mənsurə şəhərində törədilmiş terror aktını qəti şəkildə qınayır və bu terror əməli nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Misir xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapacaqlarına ümidvarlığını bildirir.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizə üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır.
Nihadə Eyyubova
Teqlər: