Tramp: “ABŞ “TikTok”-un aktivlərinin yarısını alacaq” |
Bundan əlavə, Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması ilə bağlı sərəncamlar imzalayıb. Tramp həmçinin Amerika şirkətinin biznesinin yarısı satılacağı təqdirdə "TikTok"un ABŞ-də fəaliyyət göstərməsinə icazə verən sənəd imzalayıb.
Xatırladaq ki, Donald Tramp yanvarın 20-də ABŞ-nin 47-ci prezidenti kimi rəsmən fəaliyyətə başlayıb. Andiçmə mərasimi Vaşinqtondakı Kapitol binasında keçirilib. Tədbirdə keçmiş prezidentlər, o cümlədən Co Bayden və dünya liderləri iştirak ediblər.
Həmidə İbrahimova
AzVision.az