İbrahimbəyov fəxri sədrlikdən imtina etdi
AzVision.az-ın Turan-a istinadən verdiyi məlumata görə,İbrahimbəyov Milli Şura üzvlərinə göndərdiyi müraciətində fəxri sədrlikdən istefa etdiyini açıqlayıb.
İbrahimbəyov istefa verməsini Müsavat partiyası ilə əlaqələndirib.
“Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm.
Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək”-deyə müraciətdə qeyd olunub.
AzVision.az