ANS-in Tağı Əhmədovu “vurmasının” səbəbi
AzVision.az ANS-in Əhmədovu “vurmağının” səbəbini öyrənməyə çalışıb.
ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov saytımıza açıqlamasında bildirib ki, Bakı Metropolitenin fəaliyyətində nöqsanlar var və bu səbəbdən də bu formalı süjetlər efirə verilir:
“Bakı Metropoliteni pis işləyir, nöqsanlar var, biz də araşdırmışıq və göstərmişik. Səbəb ancaq budur,vəssalam”.
Qeyd edək ki, Bakı Metropolitenin rəisi Tağı Əhmədov dəfələrlə müxtəlif vaxtlarda ANS-in müxbirlərinə qarşı kobud rəftar edib. T.Əhmədovun bu hərəkətindən sonra ANS ona qarşı silsilə süjetlər yayımlayır.
Nihadə Eyyubova