Qripə yoluxmamaq üçün nə lazımdır?

Qripə yoluxmamaq üçün nə lazımdır?
  27 Dekabr 2013    Oxunub:1174
Qrip çoxları üçün adi xəstəlik hesab olunsa da, vaxtında qarşısı alınmasa orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, haymorit kimi xəstəliklərə yol aça bilər.
Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Həkimlərin qənaətinə görə, qrip 3-5 gün ərzində inkubasiya dövrü keçirir. Əgər xəstəlik kəskinləşməyibsə bu müddət ərzində xəstə sağala bilər.

Bəs qripə yoluxmamaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?

3 nömrəli təcili tibbi yardım stansiyasının həkimi Salman Babayev deyib ki, qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Belə xəstələr mütləq spirtli içkidən və siqaretdən imtina etməli və çoxlu istirahət etməlidirlər. Xəstəliyə yoluxmamaq üçün geyimin də böyük rolu var. Çalışmaq lazımdır ki geyim sintetik deyil, təbii materiallardan hazırlanmış paltarlar olsun.

Qrip çoxları üçün adi xəstəlik hesab olunsa da, vaxtında qarşısı alınmasa orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, haymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə, belə orqanizmdən tam sovrulmur.

S.Həsənova


Teqlər:  





Xəbər lenti