Dekabrın 31-i, haradasan?

Dekabrın 31-i, haradasan?
  29 Dekabr 2013    Oxunub:1225
Mehman Telmanoğlu

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni 2014-cü il gəlir. Əslində bayramın-bayrama qarışdığı bu günü çoxları səbrsizliklə gözləyir. Ən çox səbrsizlınənlər isə yenə çal-çağır əhlidir.
İndidən şadlıq sarayları müştəri tutmaq üçün başlayıblar əsil rəqabətə. Kimi 31-i gecəsi obyektinə dəvət edəcəyi mügənni, kimi isə yeyib-içmək menyüsu ilə qürrələnməyə başlayıb. Nə deyirəm, açıq biznes mühiti olan bir dövrdə yaşayırıq. Kiminsə para qazanmaq istəyinə sol düşüncə ilə mövqe bildirmək bir qədər düz olmazdı. Dediyim isə başqa şeydir.

Restoran, şadlıq sarayı və ya ucdan-tutma Palace formatına keçən bu əyləncə mərkəzlərinə mən getməyəcəm. Niyədə gedim axı? Hansı birinə getsəm eyni müğənnilər, eyni yeməklərr, eyni ab-hava. Fərqli olan isə həmin məkanlardakı bir-birini tanımayan insanlardı. Onlarla da bir masa arxasında oturub Yeni ili qarşılamaq mənə çox maraqsız gələcək.

Elə-bil ki, bir dəfə salam verib salamını alan tanışımın toyuna gəlmişəm. Heç kimi tanımıram, danışdıqlara,söhbətlərə yalandan başımı silkəliyirəm. Bir sözlə qeyri-səmimi ortam və bu ortamın qeyri-səmimi iştirakçısına çevrilirəm. Və nəticədə bu mənasız gecəyə cibimdən ən azından 150-200 AZN pul xərcləyirəm. Səhəri günü isə başlayıram heyifslənməyə ki, ay pulumu niyə boş-boşuna göyə sovurdum?!
Bəs onda soruşacaqsız ki, bu gözəl gündə neyniyək, necə əylənək? Axı ildə bir dəfə baş tutan bu təqvimi necə maraqlı edək?

Mənasız şou proqramlar axtırmaqdan və ya bir gecəyə külli miqdarda pul xərcləməkdənsə mən 31-i gecəsi evdə olardım. Mənim üçün səhəri gün axşam restoranlarda yediklrimdən zəhərlənib ya da mədə ağrıları ilə gün əzrində qovrulmaqdansa evdə bişirilən yeməkləri dadmaq daha ləzət edərdi. Bu keyfi isə doğmalarınla bir masa arxasında çıxarmagım bayram gecəmə başqa bir ləzzət qatardı.

Tanımadığım insanların əhatəsndə narahat gecə keçırməkdənsə mən Yeni ili dostlarımla bir arada keçırərdim. Elə bil məclisdə ki, orda heç kim bir-birinə aqresiya ilə yanaşmayacaq, baxışları ilə duelə çağırmayaq. Sevgilisi, həyat yoldaşı və ya xanımı ilə özünü rahat hiss edənlərin məclisi.


Teqlər:  





Xəbər lenti