Bakıda Yeni il konserti keçirilməyəcək
Bu barədə AzVision.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
Onun sözlərinə görə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə hər hansı konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.
“Bu il Bakı Bulvarında xüsusi bayram konserti keçirilməyəcək. Yalnız atəşfəşanlıq olacaq. Bundan başqa Bakı Bulvarı hər il olduğu kimi bu il də bayrama hazırdır. Yolkalar qurulub, şaxta babalar fəaliyyət göstərir”.
N.Məcidov konsert proqramının keçirilməməsinin səbəbini açıqlamayıb.
Nihadə Eyyubova