Volqoqradda ölənlər arasında azərbaycanlı olmayıb
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu haqda Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad vilayət bölməsinin sədri Teymur Həsənov bildirib.
Xatırladaq ki, Volqoqrad vağzalında baş vermiş partlayış nəticəsində 18 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb. Polis artıq partlayış törətmiş kamikadzenin şəxsiyyətini müəyyən edib. Versiyalardan birinə görə, terroru Dağıstan sakini Oksana Aslanova törədə bilər.