Kürəkən qayınatasını və qayınanasını güllələyib
Rayon sakini Bayram Həsənov ailə münaqişəsi zəminində qayınatası Nəzər Hüseynovu və qayınanası Rəfiqə Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.
Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Teqlər: