Nazirdən ali məktəblərə imtahan xəbərdarlığı - ÖZƏL
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında Təhsil Nazirliyi tərəfindən monitorinqin keçirilməsi nəzərdə tutulmayıb. Eyni zamanda tələbələrin imtahanın gedişatı ilə bağlı şikayətləri üçün Təhsil Nazirliyinin nəzdində və universitetlərdə “Qaynar xətt”in fəaliyyət göstərdiyini bildiriblər:
“İmtahan sessiyası müddətində bütün ali təhsil müəssisələri və Təhsil Nazirliyində “Qaynar xətt” fəaliyyət göstərir. Şikayətlər araşdırılır və onların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür”-deyə, Təhsil Nazirliyindən əlavə ediblər.
Sevinc İltifatqızı