“El” Zəfər Quliyevin istefasını alqışladı

“El” Zəfər Quliyevin istefasını alqışladı
  10 Yanvar 2014    Oxunub:927
“El” hərəkatının sədr müavini Zəfər Quliyevin Milli Şuradan istefası İdarə Heyətinin toplantısında müzakirə olunub, normal qarşılanıb”.
Bunu AzVision.az-a açıqlamasında “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, Zəfər Quliyevin istefası “EL” tərəfindən anlayışla qarşılanıb:
“Milli Şura siyasi hərəkatların, partiyaların deyil, fərdlərin birliyidir. Zəfər bəy kifayət qədər siyasi nüfuzu olan şəxsdir. İstefasını da izah edib getdi. Bizim İdarə Heyətinin toplantısında da bu məsələ anlayışla qarşılandı. Hamı başa düşdü ki, atdığı addım ölçülüb, biçilmiş addımdır”.

E.Quliyev onu da qeyd edib ki, İdarə Heyətinin toplantısında “EL” hərəkatının Milli Şuradakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi də müzakirə olunub: “Müzakirələr hələ davam edir. Biz qərara gəldik ki, ziyalılarla məsləhətləşmələr aparaq. Öz üzvlərimizlə, eləcə də Milli Şurada fəaliyyət göstrən qeyri-hökumət təşkilatları, gənclər təşkilatları ilə məsləhətləşmələr aparaq. Hələ ki, “EL” hərəkatı qəti qərarını verməyib. Yəqin ki, gələn həftə situasiya aydınlaşar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti