“Pərvanə ən nümunəvi işçilərdən idi”- AÇIQLAMA

 “Pərvanə ən nümunəvi işçilərdən idi”- AÇIQLAMA
  10 Yanvar 2014    Oxunub:3203
“Pərvanə Məmmədova beş il idi bizimlə işləyirdi. O,həmişə nümunəvi işçi olub”.
Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ötən gün qəza nəticəsində dünyasını dəyişən iş yoldaşı Pərvanə Məmmədova ilə bağlı təəssüratlarını bildirərkən deyib.

A.Qədirli nazirliyin əməkdaşlarının mərhumənin dəfnində iştirak etdiyini qeyd edib.

Mətbuat katibini həmçinin bildirib ki, Pərvanə Məmmədova Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib.

“5 il idi ki, nazirlikdə işləyirdi. Nazirlikdən əvvəl “RİA-Novosti” agentliyində işləyib. Jurnalistika ilə məşğul olan vaxtı Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Səhiyyə Nazirliyində də çalışdığı dövrdə nazirliyin Fəxri fərmanı ilə təltif olunub. Həmişə nümunəvi işçi olub. Allah rəhmət etsin. Onun ölümünə çox kədərləndik”.



Qeyd edək ki, mərhumun qardaşı İTV-nin aparıcısı Rafiq Məmmədovdur. Qəza nəticəsində xəsarət alan Rafiq Məmmədov xəstəxanaya yerləşdirilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti